SEPAH-ın Lorestan əyalətindəki komandanı Məhəmmədhüseyn Sufi ABŞ-İsrail qüvvələrinin hava hücumları zamanı həlak olub.
Zefer.media xəbər verir ki, bununla bağlı, “Fars News” agentliyi xəbər verib. Onun Xürrəmabad şəhərində həyata keçirilən hücumlar nəticəsində öldürüldüyü bildirilib.
Qeyd edilib ki, Məhəmmədhüseyn Sufi Suriya müharibəsi dövründə təxminən 6 il hərbi fəaliyyət və iştirak təcrübəsinə malik olub.
Zərintac Mayisqızı

















