İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda həyata keçirilən əməliyyat zamanı təxminən 15 Hizbullah yaraqlısını məhv edib.
Zefer.media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Hədəf alınan yaraqlılar İsrailə tank əleyhinə raket atmağı planlaşdırırdılar. Əməliyyat zamanı yaraqlılara məxsus silahlar, zirehli geyimlər və qumbaralar də aşkarlanıb.
Bu əməliyyat regionda gərginliyin artdığı bir dövrdə baş verib və İsrail ordusu hədəflərin dəqiq şəkildə zərərsizləşdirildiyini bildirib.
Zərintac Mayisqızı

















