İsrail Hərbi Hava Qüvvələri Kermanşah bölgəsində İranın yüksək rütbəli komandanını məhv edib.
Zefer.media xəbər verir ki, həlak olan şəxs Məkrəm Ətimi olub və o, İranın qərbindəki Mərkəzi Raket Qüvvələri bölməsinin komandiri kimi fəaliyyət göstərirdi. Ətimi İsrailin dəqiq hava zərbəsi ilə hədəfə alınıb.
İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidmətinin bildirdiyinə görə, Ətimi İsrailə qarşı onlarla ballistik raket atılmasında rol oynayıb.
Zərintac Mayisqızı

















