Naxçıvanda dron hücumları artıq Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində nəqliyyatın hərəkətinə təsir göstərib və Mehri hissəsinə investisiya qoymağı düşünən investorların inamını sarsıdıb.
Zefer.media xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırkı beynəlxalq proseslər regional ölkələrin, hətta əvvəlcə birbaşa iştirak etməsələr belə, nə qədər tez münaqişələrə cəlb oluna biləcəyini göstərir. Nazir müavini buna nümunə kimi ABŞ ilə İran arasında gərginliyin artmasını göstərib.
Overçuk söyləyib: “Əslində, ölkəmizlə (Rusiya) əməkdaşlığı dayandırmaq qərarı səbəbindən Ermənistan əvvəllər üzləşmədiyi yeni, çox ciddi təhdidlər alıb”.
O qeyd edib ki, Cənubi Qafqaz regionunda xarici oyunçuların meydana çıxması mövcud təhlükəsizlik balansını poza bilər.
Zərintac Mayisqızı

















