“Ermənistan seçkiləri öncəsi daxili siyasi gərginliyin artması Moskva ilə İrəvan arasındakı münasibətlərə zərər verməməlidir”.
Zefer.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu aprelin 1-də Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqları zamanı bildirib.
“Əsas məsələ odur ki, bu daxili siyasi proseslər, və onlar istənilən seçki kampaniyası zamanı həmişə kəskinləşir, bu gərginliklər Rusiya ilə Ermənistan arasındakı münasibətlərimizə heç bir şəkildə zərər verməsin”, – deyə Putin qeyd edib.

















