Dünya

İsrail daha bir Hizbullah komandanını öldürüb

1 Aprel 2026, 18:423
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İsrail Müdafiə Qüvvələri (SAXAL) Beyruta endirilən hava zərbələri nəticəsində Hizbullahın cənub cəbhəsinin komandanı Hacı Yusuf İsmayıl Haşimin öldürüldüyünü açıqlayıb.

Zefer.media xəbər verir ki, Livan təhlükəsizlik mənbələri və Hizbullaha yaxın bir mənbə də hadisəni AFP agentliyinə təsdiqləyib.

Mənbələr bildiriblər ki, öldürülən şəxs qruplaşmanın hərbi strukturlarında mühüm vəzifə daşıyan Yusif Haşim olub.

Livan təhlükəsizlik rəsmisinin sözlərinə görə, Yusif Haşim bir neçə avtomobilin yaxınlığında qurulan çadırda keçirilən görüş zamanı hədəfə alınıb və zərbə nəticəsində zərərsizləşdirilib.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600