• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
10.6° Weather Columbus
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Quba rayonunda “Tarixi yaddaşımızda 31 Mart soyqırımı” mövzusunda konfrans keçirilib

01 Aprel, 26 / 15:58
A A

Martın 31-də  Quba Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Quba, Yasamal və Səbail rayon təşkilatlarının birgə təşkilatçılığı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixi yaddaşımızda 31 Mart soyqırımı” mövzusunda konfrans keçirilib.

Quba rayon Heydər Əliyev Mərkəzində baş tutan konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyası Quba, Yasamal və Səbail rayon təşkilatlarını sədrləri Fidan Hüseynova, Bəxtiyar Nəbiyev, Muxtar Nağıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Göydəniz Qəhrəmanov, Müşfiq Məmmədli və Əlibala Məhərrəmzadə, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev, AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, Quba Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Quba, Yasamal və Səbail rayon təşkilatlarının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, Partiya veteranları, Quba, Yasamal və Səbail rayonun ictimaiyyəti, ziyalılar və fəal gənclər iştirak edib.

Konfrans  iştirakçıları əvvəlcə rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Mərkəzində Ümumilli Liderin zəngin həyat və fəaliyyətini özündə əks etdirən sərgiyə foto sərgiyə baxış keçirilib.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin, soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca soyqırımı qurbanlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edənlər son 200 il ərzində azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən soyqırımı cinayətlərinin xronologiyasını geniş şəkildə təqdim ediblər. Bildirilib ki, bu faciələr azərbaycanlılara qarşı aparılan sistemli və kütləvi qırğın siyasətinin tərkib hissəsi olub. Natiqlər qeyd ediblər ki, XIX əsrin 90-cı illərində, 1905–1907 və 1915–1920-ci illərdə Gəncə, Quba, Lənkəran, Şamaxı, Naxçıvan, Bakı, Kürdəmir kimi regionlarda azərbaycanlılar erməni terrorçuları tərəfindən kütləvi qırğınlara məruz qalıb. O, illərdən uzun zaman keçməsinə baxmayaraq, tarixçilər və arxeoloqlar kütləvi insan qırğınlarının şahidi olan onlarla məzarlığı üzə çıxarıblar. Azərbaycan dövlətinin təşəbbüsü ilə Quba, Şamaxı, Gəncə və digər bölgələrdə memorial komplekslər yaradılıb, çoxsaylı əsərlər, məqalələr yazılıb və abidələr ucaldılıb. Natiqlər vurğulayıblar ki, xalqımıza qarşı törədilmiş soyqırımların hüquqi-siyasi qiymətləndirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu olub. Məhz onun 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Prezident İlham Əliyevin sərəncamı ilə inşa edilən Quba Soyqırımı Memorial Kompleksi isə bu qanlı cinayətin dünyaya tanıdılmasında mühüm rol oynayır. Həmçinin, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fond Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib fəaliyyət göstərir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Fond ölkə daxilində və xaricində bu istiqamətdə bir çox əhəmiyyətli layihələri həyata keçirir. Konfransda qeyd olunub ki, erməni vandalları xalqımıza qarşı nə qədər qəddar və amansız hərəkətlər etsələr də, Azərbaycan xalqının mətinliyi, Vətən sevgisi və milli birliyi sarsıdılmayıb. Bu birlik və səfərbərlik Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə güclü və iradəli ordumuz 44 günlük Vətən müharibəsində erməni terrorçularına layiqli cavab verdi, torpaqlarımız işğaldan azad olundu. Bu gün biz öz ərazi bütövlüyümüzü və suveren hüquqlarımızı bərpa etmişik. Lakin xalqımızın yaşadığı tarixi faciələr heç vaxt unudulmamalıdır. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən şanlı səhifələridir, qan yaddaşımızdır. Sonda vurğulanıb ki, xalqımıza qarşı törədilmiş bu kimi cinayətlərin unudulmaması, gələcək nəsillərə düzgün şəkildə çatdırılması və beynəlxalq aləmdə obyektiv təqdim olunması hər bir vətəndaşın mənəvi borcudur.

Konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb, xatirə şəkli çəkdirilib.

Sonra Şəhidlər Xiyabanı ziyarət olunub, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi naminə torpaqlarımızın işğaldan azad olunması üçün canından keçmiş qəhrəmanların xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə gül dəstələri düzülüb. Quba şəhərindəki “Soyqırımı Memorial Kompleksi” ziyarət olunaraq  abidə önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının ruhuna dualar oxunub. Sonda ağacəkmə aksiyası həyata keçirilib.

 

image-1 image-2 image-3 image-4 image-6 image-7 image-8 image-9 image-11 image-12 image-13

Bənzər Xəbərlər

Gündəm

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub

May 1, 2026
Gündəm

XTQ-nin yaradılması günü münasibətilə silsilə tədbirlər keçirilib

Aprel 30, 2026
Gündəm

Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır

Aprel 30, 2026
Gündəm

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə birincilik start götürüb

Aprel 30, 2026
Dünya

Xameneyidən Hörmüz mesajı: “Yeni bir fəsil yazılır”

Aprel 30, 2026
Dünya

Pezeşkian: İranın dəniz blokadası uğursuzluğa məhkumdur

Aprel 30, 2026

XƏBƏR LENTİ

ABŞ Maliyyə Nazirliyi Tehrana qarşı əlavə sanksiyalar tətbiq etdi

01 May, 26 / 21:03

Əraqçı və Kallas regional prosesləri müzakirə ediblər

01 May, 26 / 20:59

Senator: “İrana qarşı hərbi hücum yaxın gələcəkdə mümkündür"

01 May, 26 / 20:44

İran: Hörmüz boğazına xarici müdaxilə qəbuledilməzdir

01 May, 26 / 17:42

Əraqçı İran-ABŞ danışıqlarını regional həmkarları ilə müzakirə edib

01 May, 26 / 17:36

“ABŞ-İran gərginliyi TRIPP layihəsini risk altına sala bilər”

01 May, 26 / 17:30

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub

01 May, 26 / 16:05

Uşağa doğru ad seçimi necə edilməlidir? - AÇIQLAMA

01 May, 26 / 15:53

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub

01 May, 26 / 15:43

Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

01 May, 26 / 15:35

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.