Dünya

Rusiya Ukrayna dronlarının havada uçmasına icazə verən ölkələrə qarşı tədbir görə bilər

1 Aprel 2026, 13:243
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) tərəfindən uçuşlar üçün hava məkanından istifadəyə icazə verən ölkələrə qarşı cavab tədbirləri görə bilər.

Zefer.media xəbər verir ki, bu barədə Finlandiyanın milli-mühafizəkar Azadlıq Alyansının üzvü Armando Mema aprelin 1-də bildirib.

O, X sosial şəbəkəsində (əvvəllər Twitter) yazıb: “Rusiya hərbi əməliyyatlar üçün hava məkanını təmin edən ölkələrə qarşı cavab tədbirləri görə bilər”.

Onun fikrincə, hakimiyyətin bu cür vəziyyətlərdə hərəkətsizliyi Rusiyaya son dərəcə mənfi siqnal göndərir. Buna görə də, siyasətçi Finlandiya Xarici İşlər Nazirliyini dərhal Moskvaya rəsmi nota göndərməyə və Helsinkinin Finlandiya ərazisi üzərində Ukraynanın dron uçuşlarının təşkilində hər hansı bir iştirakını inkar etməyə çağırıb.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600