Dünya

Putin Misir prezidenti ilə Yaxın Şərqdəki gərginliyi müzakirə etdi

31 Mart 2026, 13:564
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya prezidenti Vladimir Putin Misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefon danışığı zamanı Yaxın Şərqdəki münaqişənin gərginləşməsini müzakirə edib.

Zefer.media xəbər verir ki, u barədə Kremlin mətbuat xidməti 31 martda məlumat yayıb.

Kremlin “MAX messenger” kanalı bildirib: “Vladimir Putin Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb. Yaxın Şərqdə münaqişənin görünməmiş dərəcədə artması nəticəsində yaranan vəziyyət ətraflı müzakirə edilib”.

Qeyd olunur ki, hər iki tərəf İrandakı müharibəyə diplomatiya yolu ilə və bütün Yaxın Şərq ölkələrinin maraqlarına əsaslanaraq tez bir zamanda son qoymağa çağırıb.

Putin və əs-Sisi həmçinin enerji və sənaye sahələrində Rusiya-Misir birgə layihələrini müzakirə ediblər. Prezidentlər iki ölkə arasında əməkdaşlığın çoxşaxəli xarakterini və sürətli inkişaf tempini vurğulayıblar.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600