Dünya

Rusiya Silahlı Qüvvələri Ukraynanın nəqliyyat və enerji infrastrukturu obyektlərinə zərbələr endirib

31 Mart 2026, 13:502
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya ordusu 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin enerji, yanacaq və nəqliyyat infrastrukturu obyektlərinə zərbələr endirib.

Zefer.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə istifadə edilən enerji, yanacaq və nəqliyyat infrastrukturu obyektlərinə ziyan dəyib”, – deyə nazirlik bildirib.

Bundan əlavə, 158 rayonda uzun mənzilli pilotsuz uçuş aparatları üçün buraxılış və saxlama yerləri, eləcə də Ukrayna silahlı qüvvələri və xarici muzdlular üçün müvəqqəti yerləşdirmə məntəqələri vurulub.

Həmçinin, hava hücumundan müdafiə qüvvələri altı idarə olunan hava bombası və 255 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600