Polşanın Rusiyaya qarşı əməliyyatlar üçün hava məkanını təmin etdiyi iddia edilən məlumatlar həqiqətə uyğun deyil.
Zefer.media xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının rəisi general Maçey Kliş 31 martda X sosial media platformasında (əvvəllər Twitter) bildirib.
O, bu cür məlumatların yalan olduğunu və heç bir faktiki əsasa malik olmadığını vurğulayıb. Həmin komandanlığın Rusiya Federasiyasındakı hədəflərə zərbələr endirmək üçün Polşa ərazisindən istifadənin mümkünlüyü barədə ictimaiyyətə yayılan məlumatlara cavabı idi.
General Kliş bildirib: “İctimai məkanda yayılan yalan məlumatlarla əlaqədar olaraq, qətiyyətlə vurğulayıram: Polşanın Rusiya Federasiyasına qarşı hərəkətlər üçün hava məkanının təmin edilməsi ilə bağlı iddia edilən məlumat tamamilə yalandır və təsdiqini tapmayıb”.
Polşa ordusunun sözçüsü həmçinin xatırladıb ki, əməliyyat komandanlığının qərarı ilə ölkənin şərq bölgələrində uçuşa qadağan zona yaradılıb. Məhdudiyyətlər 10 mart çərşənbə axşamı günü tətbiq olunacaq və 9 iyun 2026-cı ilə qədər 24 saat qüvvədə qalacaq.
Qadağa 3 km-dən aşağı hündürlükdə uçan bütün təyyarələrə şamil edilir. İstisna yalnız mülki uçuşlar və təcili yardım təyyarələri üçündür, çünki pilotları təyin olunmuş ərazidə uçmaq üçün xüsusi icazə tələb etməlidirlər.
“Bu qərarlar sırf profilaktik xarakter daşıyır və vətəndaşların həyatını və sağlamlığını, eləcə də dövlət infrastrukturunun təhlükəsizliyini qorumaq üçün qəbul edilib”, – General söyləyib.
Əməliyyat komandanlığına əsasən, sərhəd boyunca uçuşa qadağan zonanın yaradılması regiondakı qeyri-sabit vəziyyətdə riskləri azaltmaq və Polşa ərazisindəki vacib obyektləri qorumaq məqsədi daşıyır.
Zərintac Mayisqızı















