Dünya

İran Dubay limanında Küveyt tankerinə hücum edib

31 Mart 2026, 13:286
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün BƏƏ-nin Dubay limanı yaxınlığında Küveytə məxsus “Əs-Salmi” neft tankerinə hava zərbəsi endirilib.

Zefer.media “ISNA”ya istinadən xəbər verir ki, tanker Dubay limanı sularında lövbər saldığı zaman İran tərəfindən hücuma məruz qalıb.

Qeyd edilib ki, gəmi tam şəkildə neftlə yüklənmiş vəziyyətdə olub.

Hücum nəticəsində tankerin gövdəsinə ziyan dəyib və gəmidə yanğın başlayıb. Hadisə səbəbi ilə dənizə neft sızması ehtimalının yarandığı bildirilib.

Bununla yanaşı, Dubayın Cümeyra limanı ərazisində gecə saatlarında partlayış baş verdiyi barədə də xəbərlər yayılıb. Hava hücumundan müdafiə əməliyyatı zamanı şəhər üzərində İrana məxsus pilotsuz uçuş aparatı vurulub və nəticədə 4 nəfər yaralanıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600