Dünya

İran XİN ABŞ-la dialoq barədə xəbərləri təkzib edib

30 Mart 2026, 16:144
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-la birbaşa danışıqlar aparıldığına dair məlumatları təkzib edib.

Zefer.media xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər arasında birbaşa dialoq olmayıb, yalnız vasitəçilər – o cümlədən Pakistan vasitəsilə müəyyən mesajlar ötürülüb.

“ABŞ-ın tələbləri həddən artıq və qeyri-məntiqidir”, – deyə Bəqayi bildirib.

O, həmçinin qeyd edib ki, İran İslamabadda keçirilən regional görüşlərdə iştirak etməyib və müharibənin başlanmasına görə ABŞ-ı məsuliyyətli hesab edir.

Bəqayi vurğulayıb ki, İran region ölkələri ilə münasibətləri dostluq və qonşuluq prinsipləri əsasında qurur və heç bir qonşunu düşmən hesab etmir.

Eyni zamanda o, İranın ABŞ-ın regiondakı hərbi bazalarına zərbələrini özünümüdafiə kimi qiymətləndirərək bunun beynəlxalq hüquqa uyğun olduğunu iddia edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600