Dünya

BƏƏ İrandan kompensasiya tələb edir

29 Mart 2026, 17:234
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Hər hansı siyasi həllin effektiv olması üçün konkret və aydın şərtlər müəyyən edilməlidir.

Zefer.media xəbər verir ki, bunu BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş “X” hesabında ABŞ-İsrail-İran müharibəsi ilə bağlı açıqlamasında deyib.

Qarqaş bildirib ki, hər hansı siyasi həllin effektiv olması üçün konkret və aydın şərtlər müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, bu şərtlər gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün zəmanətləri, “təcavüzkarlıq prinsipinin” dəqiq müəyyən olunmasını və mülki obyektlərə, infrastruktur və vətəndaşlara dəyən zərərin kompensasiyasını əhatə etməlidir.

Diplomat İranın region ölkələrinə qarşı hərəkətlərini tənqid edərək iddia edib ki, Tehran münaqişədən əvvəl qonşularını niyyətləri barədə yanlış istiqamətləndirib və gərginliyin qarşısını almaq üçün aparılan səylər fonunda “qabaqcadan planlaşdırılmış” addımlar atıb.

Qarqaş əlavə edib ki, bu cür vəziyyətlər Fars körfəzi regionunun təhlükəsizliyinə ciddi təhdid yaradır və buna qarşı konkret yanaşmaların hazırlanmasını zəruri edir.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600