Dünya

ABŞ-də minlərlə insan Trampa qarşı etiraz aksiyası keçirib

29 Mart 2026, 13:504
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bir gündə ABŞ-də və bir neçə Avropa ölkəsində 3300-dən çox “Kral Yoxdur” etiraz aksiyası keçirilib.

Zefer.media xəbər verir ki, iştirakçılar Trampın siyasətinə etiraz ediblər.

Nümayişlərə təxminən 8 milyon insanın qoşulduğu bildirilir.

İştirakçılar Trampı demokratik institutları sarsıtmaqda və hakimiyyəti həddindən artıq cəmləşdirməkdə günahlandırırlar.

Nümayişçilər həmçinin ABŞ-İsrail müharibəsindən və İrana qarşı immiqrasiya siyasətinin sərtləşdirilməsindən narazılıqlarını bildiriblər, “Kral Yoxdur”, “Trampı dayandırın, Demokratiyanı xilas edin”, “Tramp dəli olub” və “İstədiyiniz kimi müharibələrə son qoyun” kimi şüarlar səsləndiriblər. Aksiyalarda aktyor Robert De Niro və müğənni Brus Sprinqstin də daxil olmaqla ictimai xadimlər olublar.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600