Dünya

İran müharibə ilə bağlı BMT hesabatlarına çağırış etdi

28 Mart 2026, 14:116
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” hesabında ictimaiyyətə müraciət edərək BMT tərəfindən hazırlanmış hesabatları oxumağa çağırıb.

Zefer.media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İran parlamentinin sədri bildirib ki, bu sənədlər ölkəsinin “insanlıq uğrunda mübarizə apardığını” və İsrailin “insan sivilizasiyası üçün ciddi təhlükə” olduğunu anlamaq baxımından əhəmiyyətlidir.

Qalibaf qeyd edib ki, maarifləndirmə müqavimətin mühüm hissəsidir və beynəlxalq ictimaiyyət hadisələrə obyektiv yanaşmaq üçün rəsmi mənbələrə diqqət yetirməlidir.

O, xüsusilə üç hesabatı önə çəkib:
• “Soyqırımın Anatomiyası”;
• “İşğal İqtisadiyyatından Soyqırım İqtisadiyyatına”;
• “Bir insanın dözə biləcəyindən daha çox: İsrailin Fələstinlilərə qarşı sistematik cinsi zorakılıqdan istifadəsi”.

Parlament sədrinin sözlərinə görə, bu sənədlərdə yer alan məlumatlar müharibə cinayətlərinin miqyasını göstərir və “bir insanın dözə biləcəyindən daha artıq” vəziyyəti əks etdirir.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600