Ötən gecə Tehranda genişmiqyaslı hava hücumları həyata keçirilib
Zefer.media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) bildirib.
Ordunun açıqlamasına görə, əməliyyat zamanı onlarla hədəf, o cümlədən raket buraxılış qurğuları və hərbi personalın yerləşdiyi məntəqələr vurulub.
Bildirilib ki, hədəflər arasında İran ordusunun əsgərlərin təlimi və raket sistemlərinin saxlanması üçün istifadə etdiyi baza, eləcə də SEPAH-a məxsus silah istehsalı müəssisəsi də olub.
Zərintac Mayisqızı

















