“Rusiyanın Avropa ölkələri ilə münasibətləri böhran içindədir və bu, Moskvanın günahı deyil”.
Zefer.media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Aydındır ki, Rusiyanın Avropa ölkələri ilə münasibətləri bizim günahımız olmadan böhran içindədir və Ukrayna hadisələrinə istinadlar əsassızdır. Çünki Avropa böhranının özü əvvəlki Amerika administrasiyasının və bir sıra aparıcı Avropa ölkələrinin günahı idi” – Rusiya lideri vurğulayıb.
O qeyd edib ki, Ukraynadakı dövlət çevrilişini dəstəkləyənlər Avropa və ABŞ olub və bu çevriliş bir sıra faciəli hadisələrə gətirib çıxarıb. Putin həmçinin Moskvanın Avropa ölkələri ilə münasibətləri bərpa etmək ideyasından heç vaxt imtina etmədiyini vurğulayıb.
Təhlükəsizlik Şurasının iclasında xarici işlər naziri Sergey Lavrov da Rusiya diplomatiyasının Avropa istiqamətindəki işi ilə bağlı hesabatla çıxış edib.
Zərintac Mayisqızı

















