Gündəm

Rusiyadan gələn növbəti humanitar yardım partiyası Azərbaycan üzərindən İrana yola salınıb

27 Mart 2026, 12:252
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

​Rusiyadan göndərilən daha bir humanitar yardım partiyası Azərbaycanın Cənub-Astara gömrük məntəqəsinə daxil olub. Yükün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə İrana çatdırılması nəzərdə tutulur.

​
Məlumata görə, 7 yük avtomobilindən ibarət karvan göndərilməzdən əvvəl müvafiq gömrük yoxlamasından keçib.
​Xatırladaq ki, ötən gecə Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus, humanitar yardımla dolu 31 vaqondan ibarət yük qatarı da “Astara” gömrük-sərhəd keçid məntəqəsindən keçərək İrana yola düşüb. Azərbaycan bu prosesdə tranzit dəhlizi kimi mühüm rol oynamağa davam edir.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600