İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İraninin də ABŞ-İsrail hücumunda öldürüldüyü iddia edilir.
Zefer.media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Məlumat üçün bildirək ki, Şəhram İrani 2021-ci ilin avqust ayında Ayətullah Əli Xameneyi tərəfindən Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.
Kürdəsilli Şəhram İrani İran ordusunda qüvvələr komandanlığı vəzifəsinə təyin edilən ilk sünni əsgər olub və həm SEPAH, həm də ordunun dəniz qüvvələrinin komandanları Hörmüz boğazının bağlanmasında əsas məsul şəxslər idi.

















