Siyasət

İran və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

26 Mart 2026, 19:592
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İranın xarici işlər naziri Abbas Əraqçı Türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı keçirib.

Zefer.media xəbər verir ki, bu barədə Azad İran teleqram kanalı məlumat yayıb.

Əraqçı Türkiyəyə və digər regional ölkələrə “təcavüzün” qarşısını almaq səylərinə görə minnətdarlığını bildirib və İranın bu müharibənin təhrikçisi olmadığını, əksinə öz suverenliyini və milli təhlükəsizliyini qoruduğunu vurğulayıb.

O, bir tərəfdən danışıqlar təklif edən, digər tərəfdən isə bölgəyə qoşun və hərbi texnika göndərməyə davam edən və “İrana qarşı yeni cinayətlərə” səbəb olan ABŞ-nin davranışındakı ziddiyyətləri qeyd edib.

Hakan Fidan Türkiyənin münaqişənin sona çatmasına kömək etmək səylərinə sadiq olduğunu bir daha diqqətə çatdıraraq ölkənin sülhə nail olmaq üçün bir sıra regional dövlətlərlə məsləhətləşmələri davam etdirdiyini deyib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600