Siyasət

İspaniyanın Baş naziri: İranla müharibə səbəbindən dünya böyük bir fəlakətlə üz-üzədir

26 Mart 2026, 19:023
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Yaxın Şərqdəki hazırkı müharibə 2003-cü il İraq müharibəsindən daha ciddi nəticələrə səbəb ola bilər.

Zefer.media xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançez deyib.

İraq müharibəsində təxminən 300 min insanın həyatını itirdiyini və 5 milyondan çox insanın didərgin düşdüyünü xatırladan Sançez, mövcud vəziyyətin daha da təhlükəli olduğunu vurğulayıb.

O bildirib ki, bunun səbəbi İranın son 40 ildir belə bir müharibəyə hazırlaşan güclü bir hərbi aktyor olmasıdır.

İranın əhalisinin İraqdan iki dəfə çox, qlobal iqtisadiyyata isə beş dəfə çox təsirə malik olduğunu diqqətə çatdıran nazir ölkənin Almaniya, Fransa və İtaliyanın birlikdə istifadə etdiyindən daha çox əsgərə sahib olduğunu və 4000 kilometr mənzilli ballistik raketlərlə Hörmüz boğazını idarə edə biləcəyini əlavə edib.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600