Dünya

Ermənistan 2029-cu ilədək Aİ-dən bu qədər məbləğ alacaq

26 Mart 2026, 18:421
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistan hökuməti martın 26-da keçirilən iclasda 2026-2028-ci illərdə İrəvana 143 milyon avronun verilməsini nəzərdə tutan Avropa Komissiyası ilə “Çoxsahəli büdcə dəstəyi müqaviləsi”ni təsdiqləyib.

Zefer.media xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, maliyyə paketi iki komponentdən ibarətdir: 90 miloyon avro birbaşa büdcə dəstəyi və Ermənistanın institusional potensialının artırılması üçün 53 milyon avro texniki yardım.

Qeyd edək ki, vəsaitlər dövlət maliyyəsinin idarə edilməsinin yaxşılaşdırılmasına, Ermənistan ixracının şaxələndirilməsinə, viza rejiminin liberallaşdırılması ətrafında dialoqa, qanunun aliliyinə, eləcə də məşğulluq və sosial inteqrasiya sahələrinə yönəldiləcək.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600