Xarici xəbərlər

Ermənistan Parlamenti kilsənin torpaq hüquqlarını məhdudlaşdıran qanunu qəbul etdi

25 Mart 2026, 16:191
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistanda ölkə parlamenti Torpaq Məcəlləsinə düzəlişi yekun oxunuşda qəbul edib.

Zefer.media erməni mediasına istinadən xəbər verir ki, düzəlişə əsasən, Erməni Həvari Kilsəsi (EHK) torpaq sahələrini ödənişsiz şəkildə mülkiyyətinə almaq hüququndan məhrum edilir.

Qeyd olunur ki, dövlət və icma mülkiyyətində olan torpaq sahələrinin kilsəyə təmənnasız verilməsini nəzərdə tutan maddə qüvvədən düşüb. Yeni normalara görə, dövlət və bələdiyyə orqanları torpaq sahələrini kilsəyə mülkiyyət hüququ rəsmiləşdirilmədən, yalnız müddətsiz istifadə hüququ ilə verə biləcəklər.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600