Gündəm

Rusiyadan Ermənistana növbəti buğda partiyası Azərbaycan vasitəsilə göndərilir

25 Mart 2026, 11:190
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Rusiyaya məxsus buğda partiyası Azərbaycan ərazisindən tranzitlə Ermənistana göndəriləcək.

Zefer.media xəbər verir ki, yük Bakı ətrafındakı Biləcəri stansiyasından 5 vaqonla yola salınacaq.

Daha sonra qatar Böyük Kəsik stansiyasından keçərək Gürcüstana, oradan isə Ermənistana istiqamət alacaq.

Rusiya buğdasının Azərbaycan vasitəsilə Ermənistana sonuncu tranzit daşınması martın 19-da baş tutub; həmin vaxt 488 ton yük göndərilmişdi.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600