Xarici xəbərlər

Dron hücumu Küveyt hava limanında yanğına səbəb oldu

25 Mart 2026, 10:582
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Pilotsuz uçuş aparatları Küveyt hava limanında yanacaq çəninə zərbə endirib, nəticədə yanğın başlayıb. 

Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi X sosial şəbəkəsində məlumat yayıb.

Qurumun rəsmi nümayəndəsi Abdulla Əl-Raci bildirib ki, ilkin məlumata görə, yanğın nəticəsində xəsarət alan yoxdur. Hadisə yerində fövqəladə xidmətlər çalışır.

Bu, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatdan bəri bu tip üçüncü hücumdur. Döyüş əməliyyatlarının başlamasından sonra Küveyt Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb. Bütün reyslər Səudiyyə Ərəbistanına yönləndirilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600