• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
7° Weather Columbus
$
1.7
€
1.9824
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Təhsil

Gənclərin ölkədən getmə istəyinin səbəbləri - Ekspertdən açıqlama

25 Mart, 26 / 8:14
A A

Son illərdə gənclərin ölkədən getmə meyli cəmiyyətin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Bu proses təkcə fərdi seçim deyil, həm də iqtisadi, sosial və təhsil mühiti ilə sıx bağlı olan çoxşaxəli bir məsələdir. Məhz bu səbəbdən, gənclərin ölkəni tərk etmə səbəblərini və onların qarşısını almaq üçün mümkün həll yollarını araşdırmaq xüsusi aktuallıq kəsb edir.

Mövzuyla bağlı Zefer.media – ya açıqlama verən elm və təhsil üzrə ekspert Rizvan Fikrətoğlu gənclərin ölkədən getməsinin qlobal tendensiyaya çevrildiyini qeyd edib: ” Ümumiyyətlə, gənclərin ölkədən getmə meyli son illərdə təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə müşahidə olunan qlobal tendensiyadır. Lakin yerli mühitin özünəməxsus sosial, iqtisadi və ümumi reallıqları bu meyli daha da gücləndirir. Məsələnin, təbii ki, müəyyən səbəbləri və istiqamətləri mövcuddur.

Burada əsas səbəblərdən biri iqtisadi qeyri-müəyyənlik və gəlir imkanlarının məhdudluğudur. Gənclər əmək bazarında rəqabətin güclü olmasına baxmayaraq, orta əmək haqqının aşağı olması və karyera yüksəlişi üçün imkanların məhdudluğu səbəbilə gözləntilərinin qarşılanmadığını düşünürlər. Eyni zamanda, xüsusilə yüksək ixtisaslı gənclər üçün yerli əmək bazarına uyğun vakansiyaların çatışmazlığı da müşahidə olunur.

Digər bir reallıq isə Azərbaycan gənclərinin yerli təhsil sisteminə inamının azalmasıdır. Ali təhsillə bağlı gözləntilər artdığı halda, universitetlərin əksəriyyəti əmək bazarının tələblərinə tam uyğunlaşa bilmir. Praktiki bacarıqların yetərsizliyi, köhnəlmiş tədris proqramları və zəif elmi mühit bir çox gəncin xaricdə təhsil almağa üstünlük verməsinə səbəb olur.

Sosial mühit və ədalət hissi də mühüm rol oynayır. Gənclər arasında sosial ədalətin zəif olduğu, sosial liftlərin məhdudluğu və tanışlıq şəbəkələrinin üstün mövqedə olması ilə bağlı təsəvvürlər onların motivasiyasını azaldır. Şəffaflıqla bağlı narazılıqlar da ölkəni tərk etmək istəyini gücləndirən amillər sırasındadır.

Bununla yanaşı, yaşayış şəraiti və sosial rifah məsələləri də diqqətəlayiqdir. Mənzil qiymətlərinin yüksək olması, səhiyyə, nəqliyyat və mədəni mühit kimi sosial xidmətlərin keyfiyyəti ilə bağlı narazılıqlar gənclərin həyat imkanlarını məhdudlaşdırır və nəticədə onların ölkədən getmək qərarına təsir edir”.

Ekspert, bu prosesə psixoloji və mədəni faktorların da əhəmiyyətli dərəcədə təsir etdiyini bildirib : ” Psixoloji və mədəni amillər də bu prosesdə öz təsirini göstərir. Xarici ölkələrdə daha yaxşı gələcək imkanlarının mövcudluğu ilə bağlı formalaşmış imic kifayət qədər güclüdür. Məsələn, Almaniyada bəzi peşələr üzrə əmək haqqının yerli şəraitlə müqayisədə daha yüksək olması ilə bağlı təsəvvürlər gənclərin düşüncəsinə təsir edir. Beynəlxalq təcrübə qazanmaq, müasir mühitdə yaşamaq və daha sərbəst həyat tərzi arzusu bu meyli daha da gücləndirir.

Gənclərin ölkədə saxlanılması üçün isə bir sıra konkret addımlar atıla bilər. İlk növbədə, təhsil sistemi üzrə universitet–sənaye əməkdaşlığı gücləndirilməlidir. Universitetlərdə real sektorla birgə fəaliyyət, dual təhsil proqramları və startap laboratoriyalarının tətbiqi genişləndirilməlidir. Hazırda bir çox tələbə yalnız nəzəri biliklərlə məhdudlaşdığı üçün əmək bazarında çətinlik yaşayır. Bu səbəbdən universitet mühiti əmək bazarı ilə daha sıx əlaqələndirilməlidir.

Elm və təhsilin inteqrasiyası da vacibdir. Məsələn, biologiya ixtisası üzrə təhsil alan tələbə müvafiq elmi institutlarda praktik təcrübə əldə etməli, laboratoriya mühitində fəaliyyət göstərməlidir. Yalnız nəzəri biliklə kifayətlənmək effektiv nəticə vermir. Ümumilikdə, elm və təhsilin bir-birindən ayrı inkişafı mümkün deyil.

Tədris proqramları da mütəmadi olaraq yenilənməlidir. Kurikulumlar ən azı 3–5 ildən bir təkmilləşdirilməli, rəqəmsal bacarıqlar, analitik düşüncə, menecment və mühəndislik kimi sahələr əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Eyni zamanda, Bolonya sistemi çərçivəsində mövcud problemlərin aradan qaldırılması istiqamətində də dəyişikliklər aparılmalıdır.

Region universitetlərinin inkişafı da önəmlidir. Güclü professor-müəllim heyətinin cəlb edilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və infrastruktura investisiya qoyuluşu regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər”.

Mütəxəssis, bu məsələdə elmi araşdırma mühitinin də təkmilləşdirilməli olduğunu vurğulayıb: ” Doktorantura və tədqiqat mühiti də inkişaf etdirilməlidir. Hazırda bu sahədə müəyyən problemlər mövcuddur və doktorantura təhsili kifayət qədər aktiv deyil. Layihə əsaslı maliyyələşmə mexanizmləri tətbiq olunmalı, qrant sistemlərinin şəffaflığı artırılmalı və elmi karyera gənclər üçün daha cəlbedici hala gətirilməlidir. Elm sahəsində gənclərin fəallığı artırılmalı, bu sahə daha çox gəncləşdirilməlidir.

Dövlət səviyyəsində də bir sıra addımlar atıla bilər. Gənclər üçün rəqabətli iqtisadi mühit yaradılmalı, startaplar və innovativ bizneslər üçün vergi güzəştləri, inkubasiya dəstəyi və biznes qurma proseslərinin sadələşdirilməsi təmin edilməlidir. Dövlət və özəl sektorda əmək haqqı siyasəti üzrə minimum standartlar müəyyənləşdirilə bilər. Mənzil və sosial rifah proqramlarının genişləndirilməsi də mühüm rol oynaya bilər.

Bundan əlavə, gənclər siyasəti yenilənməli, onların aktivliyini, təşəbbüskarlığını və özünü ifadə imkanlarını artıran mədəni, sosial və idman layihələri genişləndirilməlidir. Gənclər təşkilatlarına ayrılan qrantlar artırılmalı və onların müstəqil fəaliyyət imkanları gücləndirilməlidir.

Xaricdə təhsil alan gənclərin geri dönüşünü stimullaşdırmaq üçün xüsusi proqramlar hazırlanmalıdır. Təqaüdlər, tədqiqat qrantları və dövlət qurumlarında iş imkanları kimi stimullar vasitəsilə bu gənclərin ölkəyə qayıdışı təşviq edilə bilər. Hazırda müəyyən imkanlar mövcud olsa da, bu tədbirlər yetərli hesab olunmur və daha sistemli yanaşmaya ehtiyac var.

Sonda R. Fikrətoğlu gənclərin ölkəni tərk etməsinin təkcə maddi və təhsil səbəbləri ilə deyil, gələcəyə inamın zəifləməsi ilə də bağlı olduğunu nəzərə çatdırıb: ” Ümumilikdə, gənclərin ölkədən getmək istəyi yalnız maliyyə və ya təhsil məsələsi deyil, həm də gələcəyə olan ümumi inamla bağlıdır. Bu inamın gücləndirilməsi üçün təhsil sistemi, əmək bazarı və sosial mühitdə ardıcıl və davamlı islahatların aparılması zəruridir”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Cəmiyyət

142 nömrəli marşrutun avtobusları yenilənir

Aprel 30, 2026
Gündəm

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

Aprel 30, 2026
Manşet

Sərhəd tanımayan güc - XTQ-nin 27 illik şərəfli yolu

Aprel 30, 2026
Cəmiyyət

2027-dən xarici dil imtahanında hansı dəyişikliklər olacaq ? - Açıqlama

Aprel 29, 2026
Manşet

Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək

Aprel 29, 2026
Manşet

Komissiya: Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş keçirilib

Aprel 29, 2026

XƏBƏR LENTİ

142 nömrəli marşrutun avtobusları yenilənir

30 Aprel, 26 / 14:31

Qəzzaya gedən yardım gəmiləri Yunanıstan yaxınlığında saxlanıldı

30 Aprel, 26 / 14:24

“Buşehr AES layihəsini davam etdirəcəyik”

30 Aprel, 26 / 14:21

Pezeşkian: İranın dəniz blokadası uğursuzluğa məhkumdur

30 Aprel, 26 / 14:18

Rusiya Silahlı Qüvvələri Korçakovka və Novoaleksandrivka üzərində nəzarəti ələ keçirib

30 Aprel, 26 / 14:15

Trampın paylaşımı müzakirə yaratdı: “Hörmüz = Tramp boğazı”

30 Aprel, 26 / 13:15

“ABŞ Hörmüz boğazında yeni beynəlxalq koalisiya yaratmaq istəyir”

30 Aprel, 26 / 13:12

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

30 Aprel, 26 / 9:00

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

30 Aprel, 26 / 8:21

Sərhəd tanımayan güc - XTQ-nin 27 illik şərəfli yolu

30 Aprel, 26 / 8:00

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.