Dünya

ABŞ Dövlət Departamenti amerikalılara təhlükəsizlik xəbərdarlığı yayıb

23 Mart 2026, 15:170
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Dövlət Departamenti bütün dünyada, xüsusilə Yaxın Şərqdə təhlükəsizlik təhdidlərinin artması ilə əlaqədar vətəndaşlarını diqqətli olmağa çağırıb. 

Zefer.media xəbər verir ki, məlumat ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.

“Dövlət Departamenti bütün dünyada, xüsusilə Yaxın Şərqdə olan amerikalılara artan diqqət göstərməyi tövsiyə edir. Təhlükəsizlik xəbərdarlıqlarında, ABŞ səfirlikləri və konsulluqları tərəfindən verilən göstərişlərə əməl etmək zəruridir”, – deyə bəyanatda qeyd olunub.

Qeyd olunub ki, artıq bir neçə ABŞ diplomatik nümayəndəliyi, o cümlədən Yaxın Şərqdən kənarda, hücuma məruz qalıb. Dövlət Departamenti bildirir ki, ABŞ maraqlarını təmsil edən digər qurumlar da hücumlara məruz qala bilər.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600