Xarici xəbərlər

İran ABŞ və İsraili nüvə obyektlərinə hücumlara görə beynəlxalq hüququ pozmaqda ittiham edib

23 Mart 2026, 01:083
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ və İsrailin İranın nüvə obyektlərinə son hücumlarını beynəlxalq hüququn pozulması adlandırıb, BMT-ni bu məsələ ilə bağlı qəti mövqe tutmağa çağırıb və İslam Respublikasının atom obyektlərinə vurulan zərərə görə ABŞ və İsraildən təzminat tələb edib.

“İranın Natanz şəhərində və Buşehr elektrik stansiyası yaxınlığında yerləşən dinc nüvə obyektlərinə edilən hücumlar BMT Nizamnaməsinin, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Nizamnaməsinin və beynəlxalq hüquq normalarının pozulmasıdır”, — deyə Araqçi BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.

Zefer.media xəbər verir ki, o əlavə edib ki, nüvə obyektlərinə endirilən zərbələr genişmiqyaslı radioaktiv maddələrin yayılmasına və insanlar, eləcə də ətraf mühit üçün son dərəcə təhlükəli nəticələrə səbəb ola bilər.

Araqçi ABŞ və İsrailin İranın atom obyektlərini bombalamasını “təcavüz aktı” adlandırıb, hücumların dərhal dayandırılmasına çağırıb və “İsrail və ABŞ tərəfindən vurulan zərərə görə tam kompensasiyanın ödənilməsini” tələb edib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600