İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəsi Yaponiyaya gedən gəmilərin Hörmüz boğazından keçidinə icazə verməyə hazırdır.
Zefer.media xəbər verir ki, bu barədə o, Kyodo agentliyinə müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, İran boğazı bağlamayıb və su yolu hazırda açıqdır. O vurğulayıb ki, məsələ Yaponiya ilə aparılan məsləhətləşmələr çərçivəsində müzakirə olunur.
Məlumata əsasən, Tehran və Tokio arasında artıq danışıqlar başlayıb. Tərəflər Yapon gəmilərinin bu strateji ərazidən təhlükəsiz keçidinin təmin olunması şərtlərini müzakirə edir.
Aytən Yalçınqızı

















