• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Hərbi yığım və diplomatik masalar: ABŞ–İran düyünü açılacaq?

21 Fevral, 26 / 11:00
A A

ABŞ-İran arasında baş verən gərginliklər bütün dünyanın diqqət mərkəzindədir. Qlobal güclərin diqqəti əsasən strateji keçid nöqtələrinə yönəlib və hər hansı bir insidentin geniş miqyaslı nəticələrə yol aça biləcəyi vurğulanır. Eyni zamanda tərəflər arasında danışıqlar davam edir, bu isə potensial gərginliyin yumşaldılmasına ümid yaradır.

Mövzu barədə fikirlərini Zefer.media ilə bölüşən politoloq Turab Rzayev ABŞ-nin regionda hərbi mövcudluğunu sürətlə artırdığını qeyd edib:

“ABŞ bölgəyə böyük miqdarda hərbi qüvvə yığır, ordu heyətinin sayı günbəgün artır. Digər tərəfdən, İran tərəfi geri addım atmaq istəmir. Hörmüz boğazında ABŞ-yə aid bir tanker İran Sahil Mühafizəsi tərəfindən müşahidə altına alınıb. Bu səbəbdən ABŞ ilə İran arasında kiçik bir insident baş verib. “Abraham Lincoln” gəmisindən havaya qalxan təyyarə şahid dronunu vurmaq məcburiyyətində qalıb. Bütün bunlar göstərir ki, hər an eskalasiya baş verə bilər və bölgədə vəziyyət gərginləşə bilər.

Digər tərəfdən, ABŞ ilə İran arasında danışıqlar aparılır. Danışıqlarda İran tərəfi maksimum səylə ABŞ-la razılığa gəlməyə çalışır. İran çalışır ki, ABŞ üçün maraqlı təkliflər versin. Məsələn, təkliflərdən biri İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması və nüvə sazişinin bağlanmasıdır. Əvəzində, ABŞ-nin İranın neft və qaz yataqlarının istismarında iştirak etməsi və İranın bəzi sənaye tələbatlarını ABŞ-dən təmin etməsi nəzərdə tutulur” .

Politoloq bildirib ki, tərəflər ortaq qərara gələrlərsə, regiondakı gərginlik səngiyə bilər:

“Razılaşma əldə olunarsa, bölgədə gərginlik yumşala bilər. Əks halda, gərginlik daha da artaraq qısamüddətli bir konfliktə çevrilə bilər. Bu halda, həm bölgədə kütləvi qaçqın axını baş verə bilər, həm də neft qiymətləri kəskin şəkildə arta bilər. Çünki dünya üzrə ixrac olunan neftin təxminən üçdə biri Hörmüz boğazından keçir. İran tərəfi potensial müharibə zamanı Hörmüz boğazını bağlaya biləcəyini və neft ixracına icazə verməyəcəyini bildirir. Bunun nəticəsində həm İranın neft ixracı ləngiyə bilər, həm də Fars körfəzindən ixrac olunan neftin qarşısı kəsilərək dünya bazarında enerji çatışmazlığı və qiymətlərin kəskin yüksəlməsinə səbəb ola bilər”.

Pərvin

Bənzər Xəbərlər

Gündəm

XTQ-nin yaradılması günü münasibətilə silsilə tədbirlər keçirilib

Aprel 30, 2026
Gündəm

Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır

Aprel 30, 2026
Gündəm

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə birincilik start götürüb

Aprel 30, 2026
Dünya

Xameneyidən Hörmüz mesajı: “Yeni bir fəsil yazılır”

Aprel 30, 2026
Dünya

Pezeşkian: İranın dəniz blokadası uğursuzluğa məhkumdur

Aprel 30, 2026
Gündəm

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

Aprel 30, 2026

XƏBƏR LENTİ

XTQ-nin yaranmasının 27-ci ildönümü münasibətilə “Sədaqətim Şərəfimdir” adlı tədbir keçirilib

01 May, 26 / 9:19

Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq

30 Aprel, 26 / 23:29

ABŞ İranın  təxminən 500 milyon dollar dəyərində aktivlərini ələ keçirib

30 Aprel, 26 / 23:25

Pentaqon İrana qarşı müharibə üçün 200 milyard dollar tələb etmək niyyəti ilə bağlı məlumatları təkzib edib

30 Aprel, 26 / 21:48

İranın nüvə enerjisinə olan hüququ ABŞ ilə danışıqların bərpası üçün əsas şərt olacaq

30 Aprel, 26 / 21:42

Rusiyada ardıcıl hücumlar: Strateji hədəflərə zərbələr endirildi

30 Aprel, 26 / 20:38

Aİ müdafiə xərclərini sürətlə artırır

30 Aprel, 26 / 20:31

İranın xarici işlər naziri və Livan Parlamentinin sədri arasında telefon danışığı olub

30 Aprel, 26 / 20:27

“Şuşa” deyərək, irəli gedirdik… - Keçmiş xüsusi təyinatlılar xatirələrini bölüşüblər

30 Aprel, 26 / 19:05

Tramp Almaniya kanslerinə İrana deyil, Ukraynaya diqqət yetirməyi məsləhət gördü

30 Aprel, 26 / 18:58

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.