• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Dövlət başçısına qarşı xaricdə təhdid və təhqirlər yolverilməzdir

20 Fevral, 26 / 15:13
A A

“Dövlətimizin ən ağır və həssas dövrlərində, torpaqlarımız işğal altında olduğu illərdə ölkəsindən üz çevirərək xaricdə müxtəlif dairələrin təsiri altına düşən bəzi şəxslərin bugünkü davranışları ciddi narahatlıq doğurur.
Xüsusilə də Azərbaycan Prezidentinə qarşı təhdid və təhqirlər səsləndirilməsi qətiyyən yolverilməzdir. Bu cür davranış nə siyasi mübarizədir, nə də fikir azadlığı – bu, elementar etik normaların və milli ləyaqətin pozulmasıdır. Xarici ölkədə öz dövlətinin başçısına qarşı aqressiv və alçaldıcı ifadələr işlətmək heç bir halda demokratik fəaliyyət kimi təqdim oluna bilməz”.

Zefer.media xəbər verir ki, bu fikirləri Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə deyib.

“Unutmaq olmaz ki, ABŞ-da və digər ölkələrdə yaşayan minlərlə ləyaqətli və vətənpərvər azərbaycanlı var. Onlar harada yaşamalarından asılı olmayaraq, ölkələrinin nüfuzunu qorumağa çalışır, milli maraqlara həssas yanaşırlar. Təəssüf ki, bir qrupun emosional və məsuliyyətsiz davranışı bütövlükdə diasporumuz haqqında mənfi rəy formalaşdıra bilir”.

O bildirib ki, əgər məqsəd həqiqətən də prinsipial mövqe nümayiş etdirməkdirsə, o zaman bu prinsipiallıq selektiv olmamalıdır:

“Azərbaycanın əleyhinə aparılan qərəzli informasiya kampaniyalarına, ikili standartlara və açıq-aşkar ədalətsiz yanaşmalara qarşı da eyni qətiyyət göstərilməlidir. Yalnız daxilə yönəlmiş sərt şüarlar səsləndirib, xaricdən gələn təzyiqlərə susmaq ardıcıl mövqe hesab oluna bilməz.

Tənqid etmək hər bir vətəndaşın haqqıdır. Lakin tənqid təhqirə və təhdidə çevriləndə artıq hüquqi və mənəvi sərhədlər aşılmış olur. Dövlət başçısına qarşı xarici ölkə ərazisində yönəlmiş aqressiv davranış nə demokratik dəyərdir, nə də siyasi mədəniyyət nümunəsi. Bu, əksinə, ölkənin nüfuzuna zərbə vurur və milli həmrəyliyə xələl gətirir.

Siyasi baxışlardan asılı olmayaraq, milli məsələlərdə məsuliyyətli, ölçülü və ləyaqətli davranmaq hər birimizin borcudur. Emosional çıxışlar və təhqir dili nə problemi həll edir, nə də cəmiyyətə fayda verir. Güclü mövqe sərt şüarla deyil, əsaslandırılmış və prinsipial arqumentlərlə ortaya qoyulur”, – deyə B.Məmmədzadə əlavə edib.

Bənzər Xəbərlər

Gündəm

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

Oktyabr 26, 2026
Gündəm

Azərbaycan QHT-lərindən İran Prezidentinə – Açıq məktub

Oktyabr 26, 2026
Gündəm

Qubadlıya həyat qayıdır

Oktyabr 24, 2026
Gündəm

Mərakeşli gənclər Naxçıvana səfər ediblər

Oktyabr 23, 2026
Gündəm

Qarabağ qazisi səlahiyyətli nümayəndəliklə bağlı məhkəməyə müraciət etdi

Oktyabr 23, 2026
Gündəm

“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib

Oktyabr 22, 2026

XƏBƏR LENTİ

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

26 Oktyabr, 26 / 22:39

Azərbaycan QHT-lərindən İran Prezidentinə – Açıq məktub

26 Oktyabr, 26 / 22:00

Çanaqqala Onsekiz Mart Universitetindən Türk dünyası və region üçün nümunəvi addım “Yaşıl Transformasiya Təhsil Modeli” həyata keçirilir

26 Oktyabr, 26 / 19:54

İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də

26 Oktyabr, 26 / 18:43

ATTA-nın İdarə Heyətinin iclası macəra turizmi üzrə dünya liderlərini Kapadokiyada bir araya gətirdi

26 Oktyabr, 26 / 18:38

Putin Ukrayna üzrə danışıqlardan NATO-nun 1997-ci il sərhədlərinə qayıtması üçün istifadə etmək istəyir

26 Oktyabr, 26 / 18:12

Putinin Valdaydakı iqamətgahının ətrafında 50-dən çox hava hücumundan müdafiə mövqeyi yaradılıb

26 Oktyabr, 26 / 18:06

SOCAR prezidenti Rövşən Nəcəf Everest zirvəsinə qalxıb

26 Oktyabr, 26 / 17:58

Pentaqon ABŞ-dəki iri hərbi bazaları 90 günlük avtonom fəaliyyətə hazırlayır

26 Oktyabr, 26 / 17:52

Azər Aslanov: Bu gün ölkəmizdə idmana yaradılan şərait gənclər üçün böyük stimuldur

26 Oktyabr, 26 / 17:04

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.