• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.4° Weather Columbus
$
1.7
€
1.977
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Hərbi

Ölkənin ən gənc generalları kimlərdir? – SİYAHI

20 Fevral, 26 / 14:38
A A

Ölkənin ən gənc generalı Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən 34 yaşlı əməkdaşı Fuad Elxan oğlu Məmmədovdur. F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin vaxt o, gömrük xidməti mayoru rütbəsi daşıyırdı. Cəmi 10 ay sonra isə F.Məmmədov artıq general-mayor oldu.

Zefer.media Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanın ikinci ən gənc generalı, 35 yaşında bu yüksək rütbəyə layiq görülən Babək Ələkbərovdur. Babək Mürsəl oğlu Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır. Babək Ələkbərov 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan “leytenant” rütbəsində məzun olub. Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkat Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə “İgidliyə görə” medalı ilə təltif edilib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərmiş, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə etmişdir. Ona İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Babək Ələkbərova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Azərbaycanın üçüncü ən gənc generalı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsi rəisinin səlahiyyətlərini icra edən Fərid Əliyevdir. Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə dünyaya gəlib. General-mayor hazırkı iş yerindən əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Fərid Əliyev 2023-cü ilin yanvar ayında tutduğu vəzifədən istefa verib. 2023-cü ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Fərid Əliyevə 36 yaşında “general-mayor” ali hərbi rütbəsi verilib.

Ramiz Zeynalov hazırda Azərbaycanda xidmətdə olan ən yaşlı generaldır. Ramiz Məhəmmədəli oğlu Zeynalov 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlayıb. 1974-1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirib. 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət-Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, DİN Xüsusi İnspeksiyasının rəisi işləyib. 1994-cü il 2 avqustdan – yəni artıq 32-ci ildir Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. R.Zeynalov 2003-cü il iyunun 30-da polis general-mayoru rütbəsi alıb, 1995-ci ildə “İgidliyə görə”, 2006-cı ildə isə “Vətən uğrunda medalı ilə təltif edilib.

Azərbaycanın ən yaşlı ikinci generalı isə Ədliyyə nazirinin 71 yaşlı müavini ədliyyə general-leytenantı Eldar Nuriyevdir. O 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunda prokuror köməkçisi kimi başlamış, 1993-cü ildə Bakı şəhəri prokurorluğuna rəhbər işə göndərilərək Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dövlət-hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində çalışmışdır. 2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Baş prokurorunun müavini təyin edilmişdir. 2006-cı ilin aprel ayından 2019-cu ilin noyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində işləmişdir. 25 dekabr 2019-cu ildən Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasına sədr təyin edilmişdir. 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin, Azərbaycan Ədliyyəsinin, Azərbaycan Polisinin, Azərbaycan Respublikası Prokurorluğunun 100 illiyi xatirə medalları, “Prokurorluğun fəxri işçisi”, digər döş nişanı və fəxri fərmanlarla təltif olunmuşdur.

Ölkənin ən yaşlı üçüncü generalı Daxili işlər nazirinin 70 yaşlı müavini general-leytenant Fazil Quliyevdir. Quliyev Fazil Balahəsən oğlu 1957-ci ilin yanvar ayında Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. 1991–1999-cu illərdə Bakı şəhəri Daxili İşlər İdarəsinin Qərargahında bölmə rəisi, Qərargah rəisinin müavini, Bakı Şəhər Baş Polis İdarəsinin İqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsinin bölmə rəisi, Daxili İşlər Nazirliyinin İşlər İdarəsinin rəis müavini, 1999-cu ildə DİN Təşkilati-İnspektor İdarəsinin rəisi, 2001–2013-cü illərdə isə DİN Baş Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 may 2013-cü il tarixli 2906 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini – Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni, 2013-cü il 1 iyul tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 2015-ci il 1 iyul tarixli 1311 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 1 iyul 2014-cü il tarixli 597 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.

Bənzər Xəbərlər

Hərbi

“8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydın dərk olunur”

May 28, 2026
Hərbi

Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik keçirilib

May 26, 2026
Dünya

Çin gizli şəkildə Rusiya ordusuna təlim keçib - "Reuters"

May 19, 2026
Dünya

Alman mətbuatı: Avropa müdafiə sahəsində Türkiyəyə üz tutur

May 19, 2026
Dünya

Rusiya Belarusdan sonra nüvə təlimlərinə başlayır

May 19, 2026
Manşet

XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib

May 18, 2026

XƏBƏR LENTİ

Moldovada Qurban Bayramı və 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

29 May, 26 / 20:24

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

29 May, 26 / 19:30

Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

29 May, 26 / 10:31

“8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydın dərk olunur”

28 May, 26 / 18:19

Media Türk-ün 5 yaşı tamam olur

28 May, 26 / 15:13

28 May – Azərbaycanda Müstəqillik günüdür

28 May, 26 / 9:19

Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqını Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik edib

27 May, 26 / 19:20

Azərbaycanda Qurban bayramı qeyd edilir

27 May, 26 / 0:00

Millət vəkili Məşhur Məmmədovun xeyriyyəçilik ənənəsi davam edir

26 May, 26 / 20:32

Qalibaf və İran nümayəndə heyəti Qətərdən qayıdıb

26 May, 26 / 20:01

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.