“Macarıstan Avropa İttifaqındakı (Aİ) müstəqil mövqeyindən əl çəkməyəcək və veto hüququnun ləğvinə imkan verməyəcək”.
Zefer.media xəbər verir ki bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə 2025-ci ilin siyasi yekunları və hökumətin yaxın gələcək üçün planları ilə bağlı ənənəvi çıxışı zamanı deyib.
Bu dəfə onun əsas çıxışı aprelin 12-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində olduğu üçün diqqəti daha çox cəlb edib. Hakim Fideş-Macarıstan Vətəndaş Birliyi partiyasının platformasında yer alan məqamlardan biri də Ukraynadakı münaqişə ilə bağlı Aİ rəhbərliyi ilə fikir ayrılığıdır.
Budapeşt hesab edir ki, Brüssel Ukraynanı ittifaqa itələmək üçün Macarıstanı Aİ-də veto hüququndan məhrum etməyə çalışır və müxalif Tisza partiyasını dəstəkləməklə ölkədə hakimiyyət dəyişikliyinə nail olmağa çalışır.
Bununla belə, Orban bəyan edib ki, Macarıstan Brüsselin təzyiqlərinə baxmayaraq, bu məsələlərdə müstəqil mövqeyini qoruyub saxlayacaq:
“Müstəqil mövqe yüksək qiymətləndirilməlidir”,-deyə baş nazir vurğulayıb.
O, qeyd edib ki, müxalifət hakimiyyətə gələrsə, o, Macarıstanı Avropanın ümumi xarici siyasətinə daxil edəcək:
“Bu, baş verməməlidir. Biz özümüzün Aİ-də veto hüququmuzdan məhrum olmağa imkan verməyəcəyik”, – Orban qeyd edib.
Yeganə

















