“Transatlantik münasibətlərdəki fikir ayrılıqları Birləşmiş Ştatların Avropanın gələcəyi ilə bağlı narahatlığından qaynaqlanır”.
Zefer.media xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Mark Rubio Münhen Təhlükəsizlik Konfransında bildirib.
“Biz sizin və bizim gələcəyimizlə maraqlanırıq. Əgər bəzən fikir ayrılığımız varsa, fərqlərimiz Avropaya dərin qayğı duyğumuzdan qaynaqlanır. Biz onunla təkcə iqtisadi, həm hərbi, həm də mənəvi və mədəni bağlıyıq. Biz güclü Avropa istəyirik”, – Rubio vurğulayıb.
Yeganə















