Dünya

“Rusiyanın əsas müttəfiqləri ordu, donanma və Aerokosmik Qüvvələridir” – Lavrov

10 Fevral 2026, 16:160
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Strateji Silahların Azaldılması Müqaviləsi (START) müddətinin başa çatması Rusiyanın əsas müttəfiqlərinin ordu, donanma və aerokosmik qüvvələri olduğunu bir daha vurğulayır”.

Zefer.media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, qeyd edib ki, Moskva ölkənin təhlükəsizliyini təmin etmək üçün tamamilə nüvə qarşısının alınması sistemlərinə arxalanır.

“Bizim əsas müttəfiqlərimiz ordu, donanma, indi isə aerokosmik qüvvələr olaraq qalır. Biz buna arxalanacağıq”, – nazir deyib.

Lavrov əmin edib ki, Rusiyanın potensial rəqibləri hücum etmək qərarına gəlsələr, qəbuledilməz cavabla üzləşəcəklərini bilirlər.

Diplomat əlavə edib ki, Yeni START Müqaviləsi faktiki olaraq üç il əvvəl qüvvəsini dayandırıb.

Yeganə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600