Aİ ölkələri hərbi xərcləri ÜDM-in 5%-nə qədər artırmaq öhdəliyinə əməl etsələr, 2035-ci ilin sonuna kimi silahlara 6,8 trilyon avro xərcləməlidirlər.
Zefer.media xəbər verir ki, bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında çıxışı zamanı müdafiə və kosmos üzrə Avropa komissarı Andrius Kubilius bildirib.
O, əlavə edib ki, Avropa Komissiyası Aİ ölkələrinin əsas vəzifəsinin silahları istehsal etmək olduğunu hesab edir.
Yeganə
















