İsveç hökuməti səhiyyə, sosial xidmətlər və uşaq dəstəyi üçün Ukraynaya 60 milyon kron (6,73 milyon dollar) ayırmaq qərarına gəlib.
Zefer.media xəbər verir ki, bu barədə sosial məsələlər və səhiyyə naziri Yakob Forsmed mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, vəsait digər məsələlərlə yanaşı, antibiotiklərə qarşı müqavimətlə mübarizə, yaşlılara qulluq, sosial xidmətlərdə uşaq və yeniyetmələrlə iş üçün istifadə olunacaq.
Bu qrant 2025-2027-ci illər üçün ümumi məbləği 129,5 milyon kron (14,40 milyon dollar) olan üç illik dəstək paketinin bir hissəsidir. 2022-ci ilin fevral ayından etibarən İsveçin Ukraynaya ümumi yardımı təxminən 114 milyard kron (12,67 milyard dollar) təşkil edir ki, bunun da 24,4 milyard kronu (2,71 milyard dollar) mülki yardımdır.
Yeganə
















