Dünya

NATO yaxın günlərdə Arktika Keşikçiləri təliminə başlayacaq

9 Fevral 2026, 20:0011
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

NATO üzvləri Arktika Keşikçiləri təlimlərinin yaxın günlərdə başlamasını gözləyirlər.

Zefer.media xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, NATO bu təlimlərdən Arktikadakı rolunu gücləndirmək və Qrenlandiya ilə bağlı Avropa ilə ABŞ arasında gərginliyi azaltmaq üçün istifadə etməyi planlaşdırır.

“Təlimlərin başlaması barədə qərar bu həftə, alyansın müdafiə nazirlərinin Brüsseldə görüşündə verilə bilər”, – bəyanatda deyilir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı Kanada və Venesuela ilə birlikdə Amerika ərazisi kimi göstərən xəritəni dərc edib.

Bundan əvvəl Qrenlandiya Xarici İşlər Nazirliyi ABŞ-la danışıqların istənilən nəticəni vermədiyini bildirmişdi.

Yeganə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600