Dünya

“Avropa İttifaqı, NATO və ATƏT köhnəlir” – Lavrov

9 Fevral 2026, 16:162
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropa İttifaqı (Aİ), NATO və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) köhnəlir.

Zefer.media xəbər verir ki, o, NATO-nun Sovet İttifaqına şərqə doğru genişlənməmək barədə verdiyi vədləri yerinə yetirmədiyini, Aİ-nin Rusiya Federasiyası ilə əməkdaşlığın bütün zəngin infrastrukturunu məhv etdiyini, ATƏT-in Qərbin birtərəfli hərəkətlərinə tamamilə tabe olduğunu qeyd edib.

“Bütün bu təşkilatlar: NATO, Avropa İttifaqı, və xüsusilə ATƏT köhnəlir”, – Lavrov BRİKS beynəlxalq TV şəbəkəsinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, müstəmləkəçilik dövründən avropalılar yalnız öz ərazilərinin inkişafı ilə məşğul olub, digər torpaqlardan, o cümlədən Avrasiya torpaqlarından müstəmləkə kimi istifadə ediblər. Beləliklə, II Dünya Müharibəsindən sonra təhlükəsizliyə Avro-Atlantik yanaşmaları əks etdirən konsepsiyalar meydana çıxdı.

Yeganə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600