Dünya

İsrail qırıcıları Macarıstan təyyarəsini müşayiət etdilər

8 Fevral 2026, 23:593
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr paytaxt Təl-Əviv yaxınlığında Ben-Qurion hava limanından qalxan Macarıstanın “Wizz Air” aviaşirkətinə məxsus təyyarəni müşayiət ediblər.

Zefer.media xəbər verir ki, qırıcılar təyyarəni hava limanına geri qayıdanadək müşayiət ediblər.

Qeyd olunub ki, sərnişinlərdən biri qonşusunun telefonunun ekran görüntüsünü görüb və bunun təhlükəsizliyə təhdid olduğunu düşünüb.

“Təhlükəsizlik xidmətləri bu cür hallarda tətbiq olunan prosedurlara uyğun hərəkət edib və məsələ aydınlaşıb. Təhlükəsizliklə bağlı heç bir hadisənin baş vermədiyi müəyyən edilib”, – deyə bildirilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600