Rusiyanın Moskva bölgəsindəki elektron ticarət platforması olan “Wildberries”ə məxsus logistika obyektinə dron hücumu nəticəsində ziyan dəyib.
Zefer.media xəbər verir ki, hücum zamanı dron qalıqlarının logistika obyektinin divarına dəydiyi bildirilib.
Obyektə dəyən ziyan tez bir zamanda aradan qaldırılsa da, təhlükəsizlik tədbiri olaraq işçilər əvvəlcədən təxliyə edilib.
“Wildberries” hücumda obyektdəki məhsullara zərər dəymədiyini açıqlayıb.
Zərintac Mayisqızı

















