Ukrayna Rusiyanın ən böyük elektron ticarət platforması olan “Wildberries” şirkətinin Podolskdakı logistika mərkəzinə dron hücumu edib.
Zefer.media xəbər verir ki, hücumdan sonra obyektdə yanğın baş verib və yanğınsöndürənlər işə başlayıblar.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov “Wildberries” şirkətinin heç bir işçisinin xəsarət almadığını bildirib.
Həmçinin, bölgədəki dərman preparatlarının saxlanıldığı başqa bir obyektdə yanğın baş verdiyi deyilib, lakin ilkin məlumatlara görə, xəsarət alan olmayıb.
Məlumata görə 18 iyul – 17 avqust tarixləri arasında Rusiyanın müxtəlif bölgələrindəki “Wildberries” müəssisələri hədəfə alınıb.
Zərintac Mayisqızı




