Xarici xəbərlər

Ermənistanın tanınmış oliqarxına yeni ittihamlar irəli sürülüb

6 Avqust 2026, 18:347
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyana yeni ittihamlar irəli sürülüb.

Zefer.media Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, yeni ittihamlar 2,5 milyon ABŞ dolları məbləğində hədə-qorxu ilə pul tələb etmə və çirkli pulların yuyulması faktları ilə bağlıdır.

Xatırladaq ki, oliqarx Qaqik Sarukyan iyulun 7-də iki ay müddətinə həbs edilib. Ona xüsusilə külli miqdarda dələduzluğa yardım etmə və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) maddələri ilə ittiham irəli sürülüb.

Aytən Ağazadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600