Bu gün səhər saatlarında İran ordusunun Yaxın Şərqdə yerləşən iki ABŞ hərbi bazasını hədəfə aldığı videogörüntüləri sosial mediada paylaşılıb.
Zefer.media xəbər verir ki, görüntülər Bəhreyndə yerləşən Şeyx İsa hava bazasına və İordaniyadakı Əl-Əzraq hava bazasına edilən hücumları əks etdirir.
Bu arada İraq Kürdüstanının Ərbil şəhərində beynəlxalq hava limanı yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) hücumu qeydə alınıb.
Hücum zamanı hava hücumundan müdafiə (HHM) sistemləri işə düşüb və ərazidə partlayış səsləri eşidilib.
Bildirilib ki, səhər saatlarında beynəlxalq koalisiyaya məxsus HHM sistemləri Ərbil səmasında partlayıcı maddələrlə təchiz edilmiş 6 dronu hədəfə çatmadan zərərsizləşdirərək məhv edib.
PUA-ların kim tərəfindən və hansı hədəfə qarşı buraxıldığı hələlik məlum deyil. Hadisə nəticəsində xəsarət alanlar və ya maddi ziyan barədə məlumat verilməyib.

Zərintac Mayisqızı

















