Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Rusiya ilə viza rejimi tətbiq etməsinin İrəvana zərər verəcəyini bildirib.
Zefer.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Əgər Ermənistan birdən viza rejimi də tətbiq etsə, bunu bizə qarşı deyil, öz vətəndaşlarına qarşı etmiş olacaq”, — Zaxarova deyib.
Onun sözlərinə görə, belə bir qərar Ermənistanda çoxsaylı qohumları olan Rusiya vətəndaşlarına da təsir göstərəcək.
Pərvin Hacıyeva

















