• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
7° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Yaxın Şərqdəki proseslərin turizmə təsiri - AÇIQLAMA

22 Mart, 26 / 18:51
A A

Qlobal və regional böhranların turizm sektoruna təsiri son dövrlərdə daha qabarıq şəkildə hiss olunur. Dünyada baş verən siyasi gərginliklər, təhlükəsizlik riskləri və iqtisadi qeyri-sabitlik turizm axınlarına birbaşa təsir göstərərək həm gəlmə, həm də getmə turizmdə müəyyən dəyişikliklər yaradır. Xüsusilə Yaxın Şərqdə müşahidə olunan proseslər tranzit və beynəlxalq səfərlərin təşkilinə təsir etməklə bu sahədə əlavə risklər formalaşdırır. Mövcud vəziyyət turizmin davamlılığı, risklərə uyğunlaşma imkanları və gələcək perspektivləri ilə bağlı müzakirələri aktuallaşdırır.

Məsələylə bağlı Zefer.media saytına açıqlama verən Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının sədri, “Millennium Turizm, Konqres DMC” şirkətinin direktoru Ruslan Quliyev qlobal və regional böhranların getdikcə bir-biri ilə əlaqələnərək daha geniş miqyaslı risklər yaratdığını bildirib :  ” Nəinki qlobal miqyasda baş verən böhranlar, həm də müxtəlif regional böhranlar nəticə etibarilə qlobal səviyyədə təhdidlərə səbəb olur. Turizm elə bir sahədir ki, son dərəcə həssasdır; dünyada baş verən kataklizmlər, təbii hadisələr, hərbi toqquşmalar və pandemiyalar bu sahəyə ciddi təsir göstərir. Bununla belə, turizmin özünəməxsus bərpa qabiliyyəti mövcuddur.

Son hesablamalara əsasən, hər gün turizm sahəsində yaranan itkilər qlobal iqtisadiyyata yüz milyonlarla dollar həcmində ziyan vurur. Çünki bu sahənin təsir dairəsi olduqca genişdir və turizm qlobal iqtisadiyyatın əsas sütunlarından biri hesab olunur. Nəzərə alsaq ki, turizmin qlobal ümumi daxili məhsula töhfəsi təxminən 11 trilyon ABŞ dollarına yaxındır və bu sahə 357 milyon nəfərin məşğulluğunu təmin edir, həmçinin 2025-ci ilin statistikasına görə 1,5 milyard beynəlxalq turist səfəri qeydə alınıb. Bu göstəricilər yalnız gecələmə və avia daşımalarla məhdudlaşmır, eyni zamanda birbaşa məşğulluğa, xidmət ixracına, istehlak bazarına və regionların valyuta gəlirlərinə də ciddi təsir göstərir.

Eyni zamanda, hazırda Yaxın Şərqdə baş verən proseslər turizm sektoruna birbaşa təsir edir. Bu təsir həm Azərbaycana gələn turist axınına, həm də ölkədən xaricə səfərlərə özünü göstərir. Nəzərə alsaq ki, Yaxın Şərqdə yerləşən ölkələr, o cümlədən Qətər və Birləşmiş Ərəb Əmirlikləri mühüm tranzit və hub rolunu oynayır, bu istiqamətlərdə yaranan məhdudiyyətlər Uzaq Şərqə təşkil olunan səfərlərə də ciddi təsir göstərir. Aparılan hesablamalara görə, əgər bu iğtişaşlar aprel ayına qədər səngiməzsə, yay turizm mövsümü də risk altında qala bilər.

Bundan əlavə, yalnız bu regionla bağlı problemlər deyil, həm də səsləndirilən ultimatumlar, müxtəlif çağırışlar və istirahət mərkəzlərində mümkün terror aktları ilə bağlı risklər insanların səfərlərini təxirə salmasına səbəb ola bilər. Bu isə ümumilikdə turizm səfərlərinin sayına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək”.

Sonda R.Quliyev fors-major hallarının müqavilələrin icrasında maneələr törədə biləcəyini qeyd edib: “Eyni zamanda, fors-major halların baş verməsi müqavilə öhdəliklərinin icrasında çətinliklər yarada bilər. Bu isə öz növbəsində avia daşımalar üzrə qiymətlərin artmasına və sığorta şərtlərinin daha da sərtləşdirilməsinə gətirib çıxara bilər”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Cəmiyyət

142 nömrəli marşrutun avtobusları yenilənir

Aprel 30, 2026
Gündəm

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

Aprel 30, 2026
Cəmiyyət

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Aprel 30, 2026
Manşet

Sərhəd tanımayan güc - XTQ-nin 27 illik şərəfli yolu

Aprel 30, 2026
Cəmiyyət

2027-dən xarici dil imtahanında hansı dəyişikliklər olacaq ? - Açıqlama

Aprel 29, 2026
Manşet

Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək

Aprel 29, 2026

XƏBƏR LENTİ

142 nömrəli marşrutun avtobusları yenilənir

30 Aprel, 26 / 14:31

Qəzzaya gedən yardım gəmiləri Yunanıstan yaxınlığında saxlanıldı

30 Aprel, 26 / 14:24

“Buşehr AES layihəsini davam etdirəcəyik”

30 Aprel, 26 / 14:21

Pezeşkian: İranın dəniz blokadası uğursuzluğa məhkumdur

30 Aprel, 26 / 14:18

Rusiya Silahlı Qüvvələri Korçakovka və Novoaleksandrivka üzərində nəzarəti ələ keçirib

30 Aprel, 26 / 14:15

Trampın paylaşımı müzakirə yaratdı: “Hörmüz = Tramp boğazı”

30 Aprel, 26 / 13:15

“ABŞ Hörmüz boğazında yeni beynəlxalq koalisiya yaratmaq istəyir”

30 Aprel, 26 / 13:12

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

30 Aprel, 26 / 9:00

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

30 Aprel, 26 / 8:21

Sərhəd tanımayan güc - XTQ-nin 27 illik şərəfli yolu

30 Aprel, 26 / 8:00

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.