• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9609
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Yaxın gələcəkdə regionda yeni hərbi gərginliyin yaranması ehtimalını istisna etmək olmaz - Siyasi şərhçi 

15 İyun, 26 / 14:38
A A

“İranla razılaşma artıq tamamlanıb. Hamını təbrik edirəm”.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

“Bununla mən Hörmüz boğazının maneəsiz şəkildə açılmasına tam icazə verir və eyni zamanda ABŞ-nin hərbi-dəniz blokadasının dərhal ləğv olunmasını təsdiqləyirəm. Dünya ölkələrinin gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axmağa davam etsin”, – Tramp bildirib.

Qeyd edək ki, Pakistan Baş naziri Şahbaz Şərif İranla ABŞ arasında razılaşmanın əldə edildiyini və sazişin 19 iyunda İsveçrədə imzalanacağını bəyan edib.

Bəs, növbəti mərhələdə proseslər necə irəliləyəcək? Həqiqətən gərginlik yekunlaşmaq üzrədir mi?

Mövzunu şərh edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev Zefer.media-ya bildirib ki, Ağ Ev rəhbəri artıq neçənci dəfədir ki, İranla prinsipial razılaşmanın əldə olunduğunu böyük məmnunluqla bəyan edir:

“Lakin bunun nə dərəcədə əsaslı olduğu və konkret hansı sənədə söykəndiyi hələlik aydın deyil. ABŞ prezidenti Hörmüz boğazının açıldığını və İranın dəniz limanlarına tətbiq olunan blokadanın aradan qaldırıldığını elan edir, dünya ölkələrini sərbəst şəkildə neft ticarətini davam etdirməyə çağırır. Habelə, hələ də cavabsız qalan bir sıra mühüm nüanslar mövcuddur. İran əleyhinə sanksiyaların taleyi, ölkənin dondurulmuş milyardlarla dollar həcmində aktivlərinin aqibəti, nüvə proqramı və uzaqmənzilli raket texnologiyalarına dair məsələlərin necə həll olunduğu məlum deyil. Eyni zamanda, müharibənin nəticələri ilə bağlı kompensasiyanın ödənilməsi və regiondakı Amerika hərbi bazalarının gələcəyi barədə də hər hansı konkret məlumat yoxdur. Əslində, Amerika lideri müharibədən əvvəlki vəziyyətə qayıdışı qələbə kimi təqdim edir. Halbuki müharibədən öncə də Hörmüz boğazı fəaliyyət göstərir, İran limanları açıq qalırdı. Bir neçə ay davam edən qarşıdurmadan sonra yaranmış vəziyyətin yenidən əvvəlki mərhələyə qayıtması indi uğur kimi təqdim olunur. Bunun nə dərəcədə böyük qələbə olduğunu isə söyləmək çətindir”.

Həmçinin müsahib sayta açıqlamasında qeyd edib ki, Livandakı vəziyyətin və ümumilikdə münaqişənin gələcək taleyinin necə olacağı da hələ bəlli deyil:

“Sözügedən istiqamətdə hansı razılaşmaların əldə edildiyi barədə ictimaiyyətə məlumat verilməyib. Halbuki Livandakı proseslər və Hizbullahın gələcəyi İran üçün mühüm əhəmiyyət daşıyan məsələlərdəndir.Beləliklə, hazırkı mərhələdə Trampın əsasən müharibədən əvvəlki vəziyyətə qayıdışı qələbə kimi təqdim etdiyi görünür. Lakin müharibəyə səbəb olan digər fundamental problemlərin necə həll olunduğu məlum olmadığından, bu razılaşmanın son nəticələrinin nə olacağını indidən söyləmək çətindir. Yaxın gələcəkdə regionda yeni hərbi gərginliyin yaranması ehtimalını da tamamilə istisna etmək olmaz”.

Qəmər Kazımzadə

Bənzər Xəbərlər

Xarici xəbərlər

Ruben Rubinyan Ermənistan parlamentinin yeni sədri seçilib

Avqust 3, 2026
Siyasət

Prezidentdən 3 fərman

Avqust 3, 2026
Siyasət

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Avqust 3, 2026
Xarici xəbərlər

Türkiyə və İran regional təhlükəsizliyi müzakirə edib

Avqust 3, 2026
Manşet

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Avqust 3, 2026
Xarici xəbərlər

AP: “İran hücumların dayandırılması qarşılığında neft ixracını bərpa etməyi təklif edib”

Avqust 3, 2026

XƏBƏR LENTİ

Qeyri-çimərlik ərazilərdə batanların sayı açıqlanıb

03 Avqust, 26 / 16:05

Bu ölkədə miqrant böhranı: on minlərlə insan Mərakeşə qaytarılıb

03 Avqust, 26 / 16:00

Üç nəfər dənizdə batıb – AZTV-nin əməkdaşının bacı və qardaşlarıdır

03 Avqust, 26 / 15:56

Ruben Rubinyan Ermənistan parlamentinin yeni sədri seçilib

03 Avqust, 26 / 15:51

Bakının bu qəsəbəsində su olmayacaq

03 Avqust, 26 / 14:01

Prezidentdən 3 fərman

03 Avqust, 26 / 13:59

Azərbaycan XİN Pakistana başsağlığı verdi

03 Avqust, 26 / 13:53

Sabahın hava proqnozu açıqlanıb

03 Avqust, 26 / 13:51

Türkiyə və İran regional təhlükəsizliyi müzakirə edib

03 Avqust, 26 / 13:34

Rusiya Azov dənizində gəmi təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görür

03 Avqust, 26 / 13:31

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.