• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9729
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Mədəniyyət

Yaroslavlda Azərbaycan Qadınlar Birliyi Novruz bayramını qeyd edib

24 Mart, 26 / 17:02
A A

Rusiyanın Yaroslavl şəhərində Azərbaycan Qadınlar Birliyi Novruz bayramını xoş əhval-ruhiyyə ilə qarşılayıb. Onlar Novruz ənənələrini əks etdirən oyunlarla, musiqi proqramı ilə zəngin bayram şənliyi keçiriblər.

Zefer.media xəbər verir ki, bayram şənliyi Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.

Tədbirin təşkilatçısı, Yaroslavl Vilayəti Hökuməti yanında millətlərarası münasibətlər üzrə Koordinasiya Şurasının üzvü, Azərbaycan Qadınlar Birliyinin sədri Xatirə Qəmbərova Novruz bayramının tarixi, adət-ənənələri haqqında məlumat verib və barış, birlik, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən Novruz bayramının milli dəyərlərlə zəngin olduğunu vurğulayıb. O, milli bayramların ölkə hüdudlarından kənarda keçirilməsinin, gələcək nəsillərə ötürülməsinin vacibliyini bildirib.

Tədbirdə Yaroslavl Qadınlar Birliyinin xanımları Novruz adət-ənənələrini özündə əks etdirən böyük şair M. Şəhriyarın “Heydərbabaya salam” poemasını səsləndirib.

Bayram şənliyində olan milli rəqslər, xalq şənlikləri, Keçəl və Kosa personajlarının çıxışları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Bayram tədbirində uşaqlar ana dilində Novruz bayramına, vətənə aid şeirlər söyləyib. Yumurta döyüşmək yarışması onlara bayram sevinci bəxş edib.

Şənlikdə ən gözəl Novruz xonçası və ən gözəl səməni üzrə müsabiqələr keçirilib. Gənc qızlar və xanımlar şəkərburaya naxış vurma müsabiqəsində iştirak ediblər. Qaliblərə hədiyyələr təqdim olunub.

Tədbirdə milli atributlar, şirniyyatlar, çay dəzgahı ilə bəzədilmiş guşə hazırlanıb.

Xatirə Qəmbərova tədbirin təşkil olunmasında əməyi keçənlərə — Fidan Şirinova, Aynur Qafarova, Ülviyyə Eyubova, Ülviyyə Cəbiyeva və başqa xanımlara təşəkkürünü bildirib.

Bənzər Xəbərlər

Mədəniyyət

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

Avqust 27, 2026
Mədəniyyət

Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

Avqust 26, 2026
Gündəm

Vaşinqtonda “Tənhalığın Sədaları” adlı möhtəşəm rəsm sərgisi keçirilib – FOTOLAR 

Avqust 23, 2026
Mədəniyyət

Niyazi Tağızadənin doğum günüdür

Avqust 20, 2026
Mədəniyyət

Adil Kərimli aparat rəhbəri və nazir müşaviri təyin etdi

Avqust 19, 2026
Mədəniyyət

Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

Avqust 18, 2026

XƏBƏR LENTİ

Medianews.az 14 yaşını qeyd edir

12 Sentyabr, 26 / 13:06

2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq

11 Sentyabr, 26 / 16:28

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub

11 Sentyabr, 26 / 16:26

Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib

11 Sentyabr, 26 / 16:24

“Xarici diplomatların işğaldan azad edilən torpaqlara səfəri Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği baxımından önəmlidir”

11 Sentyabr, 26 / 16:18

Rusiya və Çin İran sanksiyalarının bərpasına qarşı çıxdı

11 Sentyabr, 26 / 16:16

“İran və Körfəz ölkələri Hörmüz boğazı üzrə sazişi müzakirə edəcək” 

11 Sentyabr, 26 / 16:13

Pezeşkian: “ABŞ ilə müharibənin davam etdirilməsinin tərəfdarı deyiləm”

11 Sentyabr, 26 / 16:11

Maşın yararsız hala düşsə də, özü yüngül yaralandı

11 Sentyabr, 26 / 14:56

Paşinyan Rusiya qazını ucuz hesab etmir

11 Sentyabr, 26 / 13:53

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.