• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9148
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Yaponiyanın gücünü artırması Çin və Rusiyanı narahat edir - Politoloq 

28 Aprel, 26 / 18:45
A A

Yaponiya onilliklər ərzində müdafiə ixracı qaydalarının ən böyük islahatını həyata keçirərək xaricə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Beynəlxalq aləmdəki müxtəlif gərginliklər və müharibələr Tokionu hərbi gücünü artırmağa məcbur edib. Yaponiya Müdafiə Avadanlıqlarının Transferi üçün Üç Prinsip adlanan sənədi yenidən nəzərdən keçirəcək və eyni zamanda hərbi ittifaqlara üstünlük verəcək.

Bu ölkənin hökumətinin qənaətinə görə, hazırda heç bir ölkə öz təhlükəsizliyini təkbaşına qoruya bilməz. Hökumət eyni zamanda daxili müdafiə sənayesinin texnoloji bazasını gücləndirəcək.

Politoloq Elxan Şahinoğlu Zefer.media-ya açıqlamasında deyib ki, Tokio həmin prosesi 2014-cü ildən başladıb:

“Buna baxmayaraq, Yaponiya əvvəlki kimi sülhün fundamental prinsiplərinə sadiq qalmağa davam edəcəyini bəyan edib. Ancaq sülhün və sabitliyin davamı müdafiə qabiliyyətinin gücündən asılıdır. Təsadüfi deyil ki, ölkənin baş naziri Sanae Takaiçi bildirib ki, daha da mürəkkəbləşən təhlükəsizlik mühitində heç bir ölkə öz təhlükəsizliyini təkbaşına qoruya bilməz və müdafiə avadanlıqları sahəsində tərəfdaş ölkələrin qarşılıqlı dəstəyinə ehtiyac duyur. O, mövcud dəyişiklikləri nəzərə alaraq, istənilən avadanlığın ixracının əvvəlki məhdudiyyətlər olmadan mümkün olacağını açıq şəkildə vurğulayıb. Halbuki, məhdudiyyətlər avadanlıqların yalnız beş məqsəd üçün – xilasetmə əməliyyatları, nəqliyyat, xəbərdarlıq, müşahidə və mina təmizləməsi üçün ötürülməsinə icazə verirdi.

Beləliklə, Yaponiya həm daxili hərbi istehsalı artıracaq, həm də bunun üçün tərəfdaş ölkələrlə ehtiyat hissələrinin və digər komponentlərin qarşılıqlı mübadiləsinni təmin edəcək. Yaponiyanın hazırda bu sahədə 17 ölkə ilə belə müqaviləsi var. Yaponiya artıq Avstraliyaya idarə olunan raket freqatları satmaq barədə razılığa gəlib və Yeni Zelandiya da onlara maraq göstərib. İndoneziya və Filippinə istifadə olunmuş hərbi gəmilərin verilməsi də müzakirə olunur. Hava hücumundan müdafiə təchizatı da mümkündür”.

Politoloqun sözlərinə görə Yaponiya hərbi texniki əməkdaşlığı uzaq Ukrayna ilə də həyata keçirməyi planlaşdırır:

“Tokio Kiyevə silah tədarükü həyata keçirəcək. Yaponiya Ukraynada istehsal olunan dronlara və dron-tutuculara maraq göstərir. Ukraynanı isə Yaponiyanın hava hücumundan müdafiə sistemi maraqlandırır.

Yaponiya hökumətinin hərbi gücünü artırması və tərəfdaşlarla bu sahədə əməkdaşlığın genişləndirməsi Çin və Rusiyanın narahat edir. Moskva və Pekin hesab edirlər ki, İkinci Dünya müharibəsində məğlub olan Tokio hərbi gücünü artırmamalıdır. Halbuki, bölgədə realıqlar dəyişib. Çin artan hərbi gücü və Yaponiya sahillərində yaxın Rusiya ilə birgə keçirdiyi hərbi təlimləri Tokionu fərqli qərarlar qəbul etmək məcburiyyətində qoyub.

Bu arada, Çin təxminən on illik nisbi fasilədən sonra Cənubi Çin dənizində genişmiqyaslı süni adalar tikintisinə yenidən başlayıb. Bu adalar Çinin bölgədəki forpostlarıdır. Adalarda uçuş-enmə zolaqları, limanlar və hərbi obyektlər inşa edilir. Yaradılan adalar Çinin əməliyyat, dənizdə müşahidə imkanlarını genişləndirəcək. Yaponiya və digər bölgə ölkələri Çinin bu planlarına mane ola bilməsələr də, müxtəlif ittifaqlar vasitəsilə balansın pozulmamasına çalışırlar”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Hərbi

MMU-da keçirilən Respublika Elmi-Praktik Konfransı yekunlaşıb

Noyabr 5, 2026
Manşet

“ASAN xidmət” və BMT gələcəyin idarəetmə modellərini müzakirə edir

Noyabr 5, 2026
Media

Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM

Noyabr 5, 2026
Hərbi

Azərbaycan-Gürcüstan Milli Müdafiə Universitetləri arasında təcrübə mübadiləsi aparılıb

Noyabr 5, 2026
Siyasət

İlham Əliyev onlara müraciət ünvanladı

Noyabr 5, 2026
Siyasət

Biz əməkdaşlığa can atırıq – Putin

Noyabr 4, 2026

XƏBƏR LENTİ

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

05 Noyabr, 26 / 21:47

“ASAN xidmət”in və BMT-nin sammitində liderlik və regional idarəetmə həlləri diqqət mərkəzindədir

05 Noyabr, 26 / 19:23

MMU-da keçirilən Respublika Elmi-Praktik Konfransı yekunlaşıb

05 Noyabr, 26 / 18:37

“ASAN xidmət” və BMT gələcəyin idarəetmə modellərini müzakirə edir

05 Noyabr, 26 / 18:22

Bakıda güclü külək əsir

05 Noyabr, 26 / 17:33

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

05 Noyabr, 26 / 17:28

Prezident məşhur aparıcıları təltif etdi

05 Noyabr, 26 / 17:16

Prezident sərəncam imzaladı

05 Noyabr, 26 / 17:10

KTMT-də iştirak etməkdə maraqlı deyilik – Paşinyan

05 Noyabr, 26 / 17:03

Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM

05 Noyabr, 26 / 16:49

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.